Bu gün, günün ikinci yarısında ermənilər Ağdamın işğal altındakı ərazilərində yanğınlar törədib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, yanğınlar əsasən Baş Qərvənd və Güllücə kəndləri yaxınlığında müşahidə olunub. Alovun tüstüsü 15-20 km-dən aydın görünüb. Yanğınlar əkin sahəlrinin təqribən 1 km-də başlayıb.
Xatırladaq ki, son bir həftədə Ağdamın bu ərazilərində mütamadi olaraq yanğınlar törədlir. /ANS PRESS/