Gündəm

Ermənilər Ağdamda hərbi təlim keçirib

Uzundərə adlanan ərazidə yerləşdirilən silahlardan Şahbulaq yüksəkliyindəki hədəflərə atəş açılıb.

· Xəbərçi
Ermənilər Ağdamda hərbi təlim keçirib
Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altındakı torpaqlarında hərbi təlimlər keçirib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ermənilər günün birinci yarısında Ağdam rayonunun işğal altındakı Uzundərə ərazisində hərbi təlimlərə başlayıb. Hərbi təlimlərdə artilleriya silahlarından istifadə edilib. Uzundərədə yerləşdirilən silahlardan Şahbulaq yüksəkliyindəki hədəflərə atəş açılıb.

Günün ikinci yarısında isə ermənilərin hərbi və zirehli texnikasının ərazidə hərəkəti intensivləşib. İşğal altındakı Baş Qərvənd kəndindən Uzundərəyə 20-yə qədər hərbi texnika və tank gətirilib. ANSPRESS

Şərhlər