Erməni yalanına ağır zərbə
22 Aprel 2012 Bazar 15:26
“Freedom House” ermənilərdən Azərbaycan filmlərinin nümayişinə şərait yaratmağı tələb edib.
Beynəlxalq hüquq müdafiəsi təşkilatı “Freedom House” Ermənistan hakimiyyətindən təcili olaraq Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinə edilmiş hücumun araşdırılmasını tələb edib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, aprelin 12-də 200 nəfər yerli sakin Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin qarşısına toplaşaraq film festivalı çərçivəsində nümayişi planlaşdırılan 4 qısametrajlı Azərbaycan filminin yayımına eiraz etmişdilər.

Tərəflər arasında danışıqlar gedən zaman etiraz aksiyası iştirakçıları Vanadzor ofisinin şüşələrini qıraraq tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə daha sərt mübarizə üsullarını əl atacaqları ilə bağlı xəbərdarlıq etmişdilər. Yalnız Vanadzor ofisinin rəhbəri Artur Sakunts film festivalının təxirə salındığını elan etdikdən sonra narazı kütlə dağılmışdı. “Freedom House” Ermənistan hökumətini öz öhdəliklərini yerinə yetirərək festivalı təşkil etməyə çağırıb.

“Freedom House”un məruzəsində Ermənistan 2012-ci ildə qismən azad ölkə kimi qiymətləndirilib. Bu ölkə 2011-ci ilin yekunlarına görə, isə mətbuat azadlığına görə azad olmayan ölkə kimi xarakterizə edilib. “Freedom House”un məruzəsində həmçinin azərbaycanlılarla ermənilər arasında etnik və ərazi gərginliyinin hələ də yüksək səviyyədə olduğu bildirilir. Dağlıq Qarabağ uğrunda yeddiillik müharibənin 1994-cü ildə atəşkəslə başa çatdığı bildirilsə də münaqişənin nizamlanmasının vacibliyinə diqqət çəkilib.

“Freedom House” təşkilatının məruzəsi ermənilərin iç üzünün açılması baxımından əhəmiyyətlidir. Belə ki, ermənilər dünya ictimaiyyətinə özlərinin nə qədər sülhsevər bir millət olduqlarını, azərbaycanlıların isə aqressor olduqlarını göstərməyə çalışırlar. Vanadzor ofisinə edilmiş hücum isə bunu göstərdi ki, ermənilərin özlərini sülhsevər kimi göstərmələri ağ yalandan başqa bir şey deyil. Onlar hətta Azərbaycanın filmlərinə baxmaq üçün belə kifayət qədər sülhsevər deyillər.




DOSTLARINLA PAYLAŞ:

oyunlar