Ermeni xülyalarına daha bir zerbe
14 Avqust 2013 Çərşənbə 16:37
Tarixi fakların yer aldığı “Ermeni soyqırımı”: yalan ve heqiqet kitabı qırğız dilinde neşr edilecek.
Erməni xülyalarını puç edən çox zəngin tarixi fakların yer aldığı “Erməni soyqırımı”: yalan və həqiqət kitabı qırğız dilində nəşr ediləcək. Bu barədə Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, tarixi faktların Qırğız xalqına çatdırılmasının böyük səmərəsi olacağını nəzərə alaraq kitabın qırğız dilinə tərcümə olunub nəşr edilməsini qərar verilib.
“Hazırda kitab tanınmış şair və tərcüməçi Mukan Asanaliyev tərəfindən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə qırğız dilinə tərcümə edilir. “Erməni soyqırımı”: yalan və həqiqət kitabı qırğız dilində bu il sentyabr ayının birinci ongünlüyündə nəşri nəzərdə tutulub. Kitab Qırğızstanın bütün kitabxanalarına və oxucu kütləsi arasında pulsuz yayılacaq”, - deyə Nüsrət Məmmədov bildirib.
Kitabın elmi redaktoru və məsləhətçisi Azərbaycan Prezident Administrasiyası ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov, rəyçiləri Hüquq elmləri doktoru, professor Kamil Səlımov, AR MM deputatı Sahibə Qafarova, Hüquq elmləri doktoru Milhəd Qafarov, AR MM deputatları Musa Quliyev, Çingiz Qənizadə və Fuad Muradovdur. Qırğız dilindəki kitabın təqdimatı bu ilin oktyabr ayına planlaşdırılır. Təqdimatda müəlliflər heyətinin və Azərbaycan Respublikası Prezident Administrasiyasının əməkdaşlarının iştirakı gözlənilir.
Qeyd edək ki kitab, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diaspor təşkilatlarına Azərbaycan həqiqətlərini dünya xalqlarına çatdıraq tövsiyəsi çərçivəsində tərcümə və nəşr edilir.
DOSTLARINLA PAYLAŞ: