Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Sofiyaya rəsmi səfəri öncəsi, Bolqarıstanın “Qayda, qanun və ədalət” Mühafizəkarlar Partiyası ölkə parlamentinə baxılması üçün "erməni soyqırımı"nı pisləyən rəsmi ərizə təqdim edib.
Partiya lideri Yane Yanev bildirib ki, onların məqsədi bu faciəvi hadisələrin qiymətləndirilməsi ətrafında konsensusa nail olmaq, ABŞ və İsveçdə olduğu kimi dəqiq bəyanatla bu "tarixi həqiqət"in müdafiəsinə qalxmaqdır.
Hazırda partiya ölkənin Baş nazirindən Bolqarıstan Nazirlər Kabinetinin Birinci Dünya Müharibəsi dönəmində olduğu iddia edilən edilən qondarma erməni soyqırımı ilə bağlı siyasətinə dair cavab gözləyir. ANSPRESS
Erməni soyqırımı Bolqarıstanda
Erməni soyqırımı indi də Bolqarıstanda. Ölkə partiyalarından biri parlamentə qondarma soyqırımın tanınması üçün rəsmi müraciət edib.




Şərhlər