Ermeni metbuatı tehrif olunmuş melumatları yayır
29 Noyabr 2013 Cümə 22:18
CNN-nin meşhur aparıcısı Lari Kinqin qondarma Dağlıq Qarabağa nezerde tutulan seferi heqiqete uyğun deyil.
“CNN-nin meşhur aparıcısı Lari Kinqin qondarma “Dağlıq Qarabağ”a nezerde tutulan seferi heqiqete uyğun deyil”. ANS PRESS-in verdiyi melumata göre, bunu Azerbaycan Respublikasının Xarici İşler Nazirliyinin ictimaiyyetle elaqeler şöbesinin rehberi Elman Abdullayev bildirib.

Onun sözlerine göre, meseleni deqiqleşdirmek üçün Azerbaycanın Los-Ancelsdeki Baş Konsulluğuna müvafiq tapşırıq verilib. “Meseleni araşdırmalıyıq ki, müvafiq mövqeyimizi orataya qoya bilek. Biz defelerle şahidi olmuşuq ki, Ermenistan metbuatı mövcud veziyyetle elaqesi olmayan melumatları şişirdir ve yalan teqdim edir. Ermenistan metbuatından her şey gözlenilir. Defelerle heqiqeti eks etdirmeyen, tehrif olunmuş melumatları Ermenistan metbuatının işıqlandırdığının şahidi olmuşuq”, - deye XİN resmisi bildirib.

Xatırladaq ki, guya bu yaxınlarda CNN teleşirketinin efsanevi aparıcısı Lari Kinq qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Bako Saakyanla görüşüb. Görüş esnasında Saakyan onu Qarabağa devet edib. Kinq de deveti qebul edib. Bako Saakyan ise Lari Kinqin yaxın zamanda Qarabağa sefer edeceyini haqda ermeni metbuatına informasiya yayıb. Qeyd edek ki, xarici ölke vetendaşlarının Azerbaycanın işğal olunmuş erazilerine seferleri ilk defe deyil. Resmi Bakı ise buna heç vaxt bigane qalmır ve aldadılaraq qondarma “Dağlıq Qarabağ”a gelenleri “qara siyahı”ya salır ve onların Azerbaycana gelişini yasaqlayır. 


DOSTLARINLA PAYLAŞ:

oyunlar