Ərdoğanın müavini:
13 Mart 2012 Çərşənbə Axşamı 21:22
Bakıda səfərdə olan Türkiyə nümayəndə heyətinin üzvləri baş nazir Artur Rasizadə ilə görüşüb.
Azərbaycanın baş naziri Artur Rasizadə bu gün Bakıda səfərdə olan Türkiyə baş nazirinin müavini Bəkir Bozdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, Artur Rasizadə qardaş ölkələr olan Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb. Türkiyənin Azərbaycan üçün doğma olduğunu bildirən baş nazir belə səfərlərin əhəmiyyətini vurğulayıb.
Öz növbəsində Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını deyib. Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq bu problemin həllində ölkəsinin həmişə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini söyləyib, qardaşlıq münasibətlərimizin önəmini qeyd edib.
DOSTLARINLA PAYLAŞ: