Ərdoğan xəstəxanadan evə buraxıldı
13 Fevral 2012 Bazar Ertəsi 03:39
Baş nazir xəstəxanadan mülki dövlət nömrə nişanlı avtomobillə ayrılıb.
Həzm sistemi əməliyyatının ikinci və son mərhələsinin həyata keçirildiyi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan xəstəxanadan evə buraxılıb. Məlumata görə, baş nazir əməliyyat olunduğu “Medipol” xəstəxanasından yerli vaxtla 21.20-də (Bakı vaxtıyla 23.20) mülki dövlət nömrə nişanlı avtomobillə ayrılıb. Ərdoğanın Üsküdar rayonu Kısıklı məhəlləsindəki evinə getdiyi bildirilir.

Xatırladaq ki, baş nazir Rəcəb Tayyib Ərdoğan keçən il noyabrın 26-da həzm sistemində olan əməıliyyatın davamı kimi feralın 10-da axşam radələrində yenidən əməliyyat olunub. Baş nazirlikdən yayılan rəsmi açıqlamada əməliyyatın ikinci və son mərhələsinin böyük uğurla başa çatdığı bildirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar