Ərdoğan: “Türkiyə sahibsiz deyil”
20 İyun 2010 Bazar 15:05
Baş nazir Ərdoğan şəhid olan 11 əsgərin anım mərasimində iştirak edib.
Bu gün Türkiyənin Hakkari bölgəsində baş verən terror aktı nəticəsində öldürülən 11 əsgərin anım mərasimi keçirilib. Vanda baş tutan mərasimə şəhid olan 11 əsgərin də cənazəsi gətirilib.
Anım mərasimində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, daxili işlər naziri Bəşir Atalay və baş qərargahın rəhbəri İlkər Başbuğ iştirak edib.
Ərdoğan vətən yolunda ölən əsgərlərin ailələrinə başsağlığı verib və düşmənlərin sevinməməsi üçün onları göz yaşı tökməməyə çağırıb. Ərdoğanın sözlərinə görə, bunu törədənlər heç vaxt qalib gələ bilməyəcəklər. Baş nazir terror aktlarının Türkiyəni zəiflətməyəcəni deyib.
Şəhidlərin ölmədiyini bildirən hökümət başçısı Türkiyənin sahibsiz olmadığı və bundan sonra da terrorçulara qarşı mübarizənin davam edəcəyini dilə gətirib.
Xatırladaq ki, ötən gün Türkiyənin İraqla sərhəddində yerləşən Hakkari regionunun Şemdinli bölgəsində türk ordusunun əsgərləri ilə PKK terrorçuları arasında silahlı insident baş verimişdi. Onun ardınca isə Şemdinlidə daha bir terror aktı iki türk əsgərinin minaya düşərək ölməsi ilə nəticələnmişdi. Türkiyə silahlı qüvvələrinin keçirdiyi cavab əməliyyatı nəticəsində isə 12 PKK terrorçusu zərərsizləşdirilmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: