Gündəm

Ərdoğan-Sarkisyan görüşü başa çatıb

Ərdoğan-Sarkisyan görüşməsində hansı məsələlərin müzakirə edildiyi ilə bağlı açıqlama verilməyib.

· Xəbərçi
Ərdoğan-Sarkisyan görüşü başa çatıb
Vaşinqtonda Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüş artıq başa çatıb. Görüşdə hansı məsələlərin müzakirə edildiyi ilə bağlı açıqlama hələlik verilmir.

Qeyd edək ki, bir müddət öncə verilən xəbərə görə, görüşdə Sürixdə imzalanan protokollar, habelə ikitərəfli münasibətlərin normallaşması prosesinin müzakirə ediləcəyi bildirilirdi. Həmçinin Türkiyənin Ermənistandan protokollarla bağlı qəti addımlar atması, eləcə də İrəvandan danışıqlara üçüncü ölkənin qarışması üçün səy göstərməməsini istəyəcəyi söylənilirdi.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələnin də müzakirə ediləcəyi bildirilirdi. ANSPRESS

Şərhlər