Ərdoğan: "Obama soyqırım deməyəcək"
13 Aprel 2010 Çərşənbə Axşamı 13:15
Türkiyə baş naziri CNN-ə müsahibəsində belə deyib.
Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obamanın "soyqırım" ifadəsindən istifadə etməyəcəyindən əmin olduğunu bildirib. Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən Türkiyə baş naziri CNN telekanalına müsahibəsində belə deyib.
"Mən belə düşünürəm, çünki bu günə qədər heç bir Amerika lideri bu sözü işlətməyib və prezident Obamanın da istifadə etməyəcəyinə inanıram", deyə Ərdoğan qeyd edib.
Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin 1915-ci ildə baş verən hadisələri "soyqırım" kimi xarakterizə edilməsini qəbul etmədiyini vurğulayıb. Hadisələrin baş verdiyi vaxtın müharibə və üsyanlar dövrü olduğuna işarə edən Ərdoğan, 1914-1918-ci illər arasında türk xalqının qorxunc itkilərlə üzləşdiyinə diqqət çəkib.
"Heç bir xalqın tarixi öz anladığı şəkildə digər xalqlara təlqin etməyə haqqı yoxdur və Türkiyə bunu etməyə çalışmır", deyə Türkiyə Baş naziri əlavə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: