Ərdoğan Moskvada Qarabağdan danışdı
16 Mart 2011 Çərşənbə 15:02
"Bu məsələdə Türkiyənin daha effektiv ola biləcəyini düşünürəm”
Rusiyanın paytaxtı Moskvada səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qafqaz regionunda mövcud problemlərə toxunub. O, Qafqazda iki əsas problem - Azərbaycan - Ermənistan və Gürcüstan-Rusiya problemləri olduğunu bildirib.

“Biz hər iki problemin öz həllini tapmasını və Qafqazda sülhün bərqərar olmasını istəyirik”, deyə baş nazir qeyd edib.

Ərdoğan Azərbaycan-Ermənistan probleminin həllinin həmçinin Türkiyə-Ermənistan probleminin çözümündə də açar rolu oynadığını bildirib.

“Bu anda Azərbaycan-Ermənistan danışıqlarına ATƏT-in Minsk qrupunun üçlüyünün deyil, daha çox Rusiya Federasiyasının ev sahibliyi etməsi, burada adətən ipi öz əlinə alması kimi görünməsini mən önəmli bir məsafə kimi görürəm. Və bu məsələdə bundan sonra atılan addımlarda Türkiyənin də daha effektiv ola biləcəyini düşünürəm”, deyə baş nazir vurğulayıb


DOSTLARINLA PAYLAŞ:

oyunlar