Ərdoğan: "Abidəyə qorxunc demişəm"
13 Yanvar 2011 Cümə Axşamı 11:20
Türkiyə baş naziri Ərdoğan türk-erməni dostluğu abidəsi ilə bağlı dediklərini bir daha təkrarladı.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qətərə səfəri zamanı türkiyəli jurnalistlərə açıqlamasında Qarsda ucaldılan türk-erməni dostluğu abidəsi ilə bağlı dediklərinə bir daha aydınlıq gətirib.

"Qorxunc sözünü gəcəqondular üçün deyil, heykəl üçün söyləmişəm", deyə baş nazir bildirib. O, heykəlin nə olduğunu az-çox bildiyini və heykəl barədə nə isə demək üçün incəsənət fakültəsinin məzunu olmağın vacib olmadığını qeyd edib.

Ərdoğan heykəlin hündürlüyünün bölgədəki Seyid Həsən Əl Harakani türbəsi və məscidini kölgə altına saldığını və buna icazə verilə bilməyəcəyini söyləyib. Baş nazir abidənin tikilməsinə icazə verən keçmiş bələdiyyə başçısı Naif Alibeyoğlunda axtardığı xüsusiyyətlərin olmadığı üçün onun namizədliyinin bir daha irəli sürülmədiyini də söyləyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar