Erazilerimizin işğaldan azad etmek hüququnu özümüzde saxlayırıq
28 Oktyabr 2013 Bazar Ertəsi 21:11
Yeni teyin edilmiş müdafie naziri general-polkovnik Zakir Hesenov Avropa İttifaqının Cenubi Qafqaz üzre xüsusi nümayendesi Filip Leforu qebul edib.
Yeni teyin edilmiş müdafie naziri general-polkovnik Zakir Hesenov ilk görüşünü keçirib. Müdafie Nazirliyinden ANS PRESS-e verilen melumata göre, nazir Avropa İttifaqının Cenubi Qafqaz ve Gürcüstan böhranı üzre xüsusi nümayendesi Filip Leforu qebul edib.
Filip Lefor Azerbaycanın Avropa İttifaqı üçün en vacib terefdaş ölkelerden biri olduğunu bildirmekle yanaşı Müdafie nazirini yeni vezifeye teyin edilmesi münasibeti ile tebrik etmek fürseti tapmasından memnunluğunu söyleyib ve ona gelecek işlerinde uğurlar arzulayıb.
Regiondakı veziyyet ve Ermenistan-Azerbaycan Dağlıq Qarabağ münaqişesinin müzakire olunduğu görüşde müdafie naziri Zakir Hesenov vurğulayıb ki, Silahlı Qüvvelerin Ali Baş Komandanı, Azerbaycanın Respublikasının prezidenti İlham eliyevin ordu siyasetinde qoyduğu hedefler deyişmezdir ve güclü dövlet, güclü ordu siyaseti başlıca meqseddir. Dağlıq Qarabağ münaqişesi ile bağlı mövcud veziyyeti şerh eden müdafie naziri bildirib ki, biz torpaqlarımızın sülh yolu ile azad edilmesinin terefdarıyıq, lakin erazilerimizin işğaldan azad etmek hüququnu da özümüzde saxlayırıq.
DOSTLARINLA PAYLAŞ: