“Azərbaycan vətəndaşı Orxan Zeynalovla bağlı proseslər, saxlanma şəraiti, istintaqın gedişi diqqətimizdədir”. ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ombudsman Elmira Süleymanova deyib.
Elmira Süleymanova deyib ki, Rusiya Ombudsmanı onun Rusiya vətəndaşı Yeqor Şerbakovun qətlində təqsirləndirilən Orxan Zeynalovun saxlanılması zamanı zorakılıqlarla məruz qalması barədə müraciətinə cavab verib.
Müvəkkil bildirib ki, Rusiya ombudsmanı baş vermiş məlum hadisələrlə bağlı məsələnin parlamentdə müzakirəsini təklif edib. Biz ümumiyyətlə, Rusiyadakı azərbaycanlı miqrantlarla bağlı məsələləri nəzarətdə saxlamağa çalışırıq.
Elmira Süleymanova Orxan Zeynalovla bağlı danışdı
Elmira Süleymanova: Rusiya Ombudsmanı Moskvada baş vermiş məlum hadisələrlə bağlı məsələnin parlamentdə müzakirəsini təklif edib.




Şərhlər