Elmar Məmmədyarov Ankaradadır
25 Dekabr 2009 Cümə 02:25
Elmar Məmmədyarov Ankaradadır. Bu gün Türkiyə və Azərbaycan xarici işlər nazirləri viza rejiminin ləğvi ilə bağlı protokolu imzalayacaqlar.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ankaraya səfərə gedib. Onu Esenboğa hava limanında Azərbaycanın Türkiyədəki səfirliyinin rəhbərliyi və Türkiyüə XİN-in nümayəndələri qarşılayıblar.
Azərbaycanın xarici işlər naziri bu gün Ankaranın Batıkənd bölgəsində Heydər Əliyevin abidəsinə çələng qoyacaq. Daha sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşəcək Elmar Məmmədyarov “Anıqəbir”i (Atatürkün mavzoleyi) ziyarət edəcək.
Bu gün xarici işlər nazirləri Türkiyə və Azərbaycan arasında viza rejiminin ləğvi ilə bağlı protokolu imzalayacaqlar.
Elmar Məmmədyarov səfər çərçivəsində baş nazir Rəcəb Tayyib Ərdoğan və prezident Abdullah Gülün də qəbulunda olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: