Gündəm

Əli LaricaniAzərbaycana səfər edəcək

Bakı. Laçın Sultanova, Süleyman Fərzəliyev – APA. İran parlamentinin rəhbəri Əli Laricani yaxın iki ayda Azərbaycana səfər edəcək.

· Xəbərçi
Əli LaricaniAzərbaycana səfər edəcək


APA-nın xəbərinə görə, bunu bir qrup jurnalistlə görüşündə İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bildirib. Səfir Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun İrana səfəri zamanı həmkarını Azərbaycana dəvət etdiyini xatırladıb: ”Səfər proqramı üzərində işləyirik. İstəyirik ki, Əli Laricani həm Bakıya, həm Gəncəyə səfər etsin”.

Şərhlər