Əli Laricani Gəncə şəhərində səfər edib
02 İyul 2011 Şənbə 15:10
Əli Laricani Şah Abbas məscidinə gedib və orada günorta namazı qılıb.
İran İslam Respublikası parlamentinin sədri Əli Laricani Azərbaycanın Gəncə şəhərində səfər edib. O, əvvəlcə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Görüşdən sonra jurnalistlərə açıqlamasında Gəncənin çox qədim və məşhur şəhər olduğunu deyib:
“Bu şəhər çox böyük tarixə malikdir. Dahi şəxsiyyət və tanınmış şair Nizami Gəncəvinin məqbərəsi də bu şəhərdədir”, deyə o qeyd edob.
Daha sonra İran parlamentinin sədri Şah Abbas məscidinə gedib və orada günorta namazı qılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: