“Əl-Qaidə” terror təşkilatının liderlərindən biri İraqın şimalında aparılan hərbi əməliyyat nəticəsində qətlə yetirilib. ABŞ ordusu nümayəndələrinin sözlərinə görə, öldürülən terrorçu Əbu Xələf kimi tanınan Səəd Uşaid əl-Şammari olub.
Onun Suriyadan İraqa terrorçu-kamikadzelərin keçirilməsinə cavabdeh olduğu bildirilir.
ABŞ-ın məlumatına görə, Xələf yanvarın 22-də Mosul şəhərində Amerika və İraq hərbçilərinin apardığı əməliyyat zamanı qətlə yetirilib. ANSPRESS
"Əl-Qaidə" lideri qətlə yetirilib
"Əl-Qaidə" lideri İraqda aparılan əməliyyatlar nəticəsində zərərsizləşdirilib




Şərhlər