Əl Qaidə döyüşçüləri şübhəli bilinir
14 Mart 2011 Bazar Ertəsi 18:11
İraqın şərqindəki Diyalə vilayətində partlayışı baş verib
İraqın şərqindəki Diyalə vilayətində ordu batalyonunun qərargahı qarşısında avtomobil partlayışı baş verib. Kamikadzenin törətdiyi partlayış nəticəsində azı 11 əsgər ölüb, 30-dək insan yaralanıb. Yaralılardan 14-ü əsgərdir. Hadisədən bir qədər sonra yaxınlıqda ikinci partlayıcı qurğu aşkar edilib və zərərsizləşdirib.
Partlayışa görə məsuliyyəti heç kim üzərinə götürməsə də, İraqın təhlükəsizlik rəsmiləri hücumun arxasında Əl Qaidə döyüşçülərinin durduğunu hesab edir.
Xatırladaq ki, yanvarda Baquba şəhərində təhlükəsizlik qüvvələrinin qərargahı qarşısında 10 nəfərin ölümü ilə nəticələnmiş partlayışa görə məsuliyyəti Əl Qaidə ilə əlaqəsi olan İraq İslam Dövləti qruplaşması üzərinə götürmüşdü.
DOSTLARINLA PAYLAŞ: