Ekspert:
23 Yanvar 2012 Bazar Ertəsi 22:21
Rüstəm Məmmədovun fikrincə, Azərbaycanın Rusiyaya satdığı qazın həcminin artırılması problemin həllinə təkan verə bilər.
Bəlli olduğu ki, bu gün Soçidə Azərbaycanın Rusiyaya satdığı qazın həcminin 2 dəfə artırılmasına dair sənəd imzalanıb. Qaz nəqlinin bundan sonra da artırılacağını qeyd edən Rusiya tərəfi bu əməkdaşlığın strateji xarakter daşıdığını vurğulayıb.

Ekspertlər bu razılaşmanın həm müsbət, həm də mənfi tərəflərinin olduğu qənaətindədir. Məsələ ilə bağlı fikirlərini açıqlayan siyasi şərhçi Rüstəm Məmmədov bu razılaşmanın müəyyən dərəcədə Rusiya-Azərbaycan əməkdaşlığının artmasına gətirib çıxara biləcəyini istisna etmir. “Bu, bizim yaxınlaşmağımıza və təbii ki Qarabağ düyününün açılmasına gətirib çıxara bilər”.

Bu razılaşmanı müəyyən dərəcədə sevindirici hal kimi dəyərləndirən R.Məmmədov məsələnin mənfi tərəfinə də toxunub. Onun sözlərinə görə, bunun nəticəsində neft-qaz bazalarının müəyyən dərəcədə istismarı çoxalacaq.

Xatırladaq ki, Rusiyanın “Qazprom” şirkəti ilə ARDNŞ arasında Azərbaycan qazının alqı-satqısı barədə müqavilə 2009-cu il oktyabrın 14-də imzalanıb. Müqaviləyə uyğun olaraq, 2010-cu il yanvarın 1-dən etibarən “Şirvanovka” stansiyasından Azərbaycan qazının Rusiyaya nəqli başlanıb. Həmin il Rusiyaya 0,8 milyard kubmetr qaz ixrac edilib. Lakin 2010-cu il sentyabrın 3-də müqaviləyə əlavələr edilməsi barədə tərəflər arasında imzalanmış razılığa əsasən, Rusiyaya satılan qazın həcmi artırılıb.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycandan Rusiyaya 1,5 milyard kubmetr qaz ixrac edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar