Bakıda uzun müddət davam edən şaxtalı havadan sonra, nəhayət bu gün hərarət nisbətən yüksəlib. ANS PRESS xəbər verir ki, Bakının mərkəzindən nisbətən aralıda olan Xətai rayonunun Əhmədli qəsəbəsinin yolları hələ də qardan və buzdan təmizlənəcəyi günü gözləyir. Belə ki, arxada qalan şaxtalı günlərdə mərkəzdə qartəmizləyən, qumsəpən maşınlar görünsə də, burada belə fəaliyyət gözə dəymədi. Günəşin yollardakı qarı və buzları əridəcəyi gözlənilsə də, konkret olaraq metronun Həzi Aslanov stansiyasının ətrafındakı vəziyyət acınacaqlıdır. Belə ki, ətrafda gedən göydələn tikintilərindən sonra onsuz da bərbad vəziyyətə düşən yollar qarlı havadan sonra keçilməz olub.
ANS PRESS olaraq Həzi Aslanov metrostansiyasının ətrafında çəkdiyimiz fotoları şərhsiz təqdim edirik. Fotolar bu gün səhər çəkilib.