Edvard Nalbandyan Almatı görüşü barədə bədbin danışdı
17 İyul 2010 Şənbə 23:50
Edvard Nalbandyan beştərəfli bəyanatın qəbul edilə bilməməsinin məsuliyyətini öz üzərindən atmağa çalışıb.
“Azərbaycanın mövqeyi nəticəsində biz ATƏT-in Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşünün gedişində beştərəfli bəyanat qəbul edə bilmədik”. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Ermnistan İcğimai televiziyasının evirindən deyib. Bununla belə, erməni nazir hesab edir ki, Almatı görüşü faydalı olub.

Rusiyanın, Fransanın xarici işlər nazirləri və ABŞ-ın dövlət katibinin müavininin birgə bəyanatına istinad edən Edvard Nalbandyan deyib ki, Dağlıq Qarabağ münaqişəsi güc tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri əsasında həll olunmalıdır. Ermənistanın xarici işlər naziri bildirib ki, Azərbaycan yalnız ərazi bütövlüyü prinsipini əsas götürür

Edvard Nalbandyan qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri xüsusilə bəyan ediblər ki, münaqişə tərəflərinə təqdim olunan elementlər bütövdür, onlardan hər hansı birinin ayrılması balanslaşdırılmış həllə nail olunmasını qeyri-mümkün edəcək.

Qeyd edək ki, Almatı görüşünün nəticəsiz qaldığını Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da təsdiqləyib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan son anda problem yaradıb: “Anlaşma hazırdır. Ancaq erməni tərəfi Azərbaycanın işğal altındakı torpaqlarını boşaltmağı qəbul etmədi”.

Xatırladaq ki, Qazaxıstana səfəri öncəsində Bakıda jurnalistlərin suallarını cavablandıran Məmmədyarov ATƏT-in Xİn rəhbərlərinin görüşü çərçivəsində erməni həmkarı Nalbandyanla görüşəcəyini demişdi. Nazir görüşdə əsasən Laçın və Kəlbəcər rayonları ilə bağlı məqamı müzakirə edəcəklərini, bu rayonların saziş imzalandıqdan sonrakı 5 il ərzində Azərbaycana veriləcəyinə dair razılıq əldə ediləcəyinə ümidini ifadə etmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar