Əbülfəs Qarayev erməniləri nümunə gətirdi
24 Fevral 2010 Çərşənbə 13:00
Əbülfəs Qarayev: "Bəlkə də mən bunu mətbuat nümayəndələrinin qarşısında söyləməkdə səhv edirəm, amma bu faktdır"
"Biz nəinki öz tarixi abidələrimizi qoruya bilirik, eyni zamanda tariximizi düzgün təqdim etməyi bacarmırıq". ANS PRESS-in məlumatına görə, bunu bü gün keçirilən mətbuat konfransında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O, çıxışı zamanı nazirliyin və H.Əliyev Fondunun mədəni irsimizin, maddi və qeyri-maddi tarixi abidələrimizin qorunmasında gördüyü işlərdən danışıb və ictimaiyyətin bu yöndə gördüyü işlərin, fəaliyyətinin qaneedici olmadığını bildirib.

“Bəlkə də mən bunu mətbuat nümayəndələrinin qarşısında söyləməkdə səhv edirəm, amma bu faktdır. Böyük təəssüf hissi ilə etiraf edirəm ki, biz nəinki öz tarixi abidələrimizi qoruya bilirik, eyni zamanda tariximizi düzgün təqdim etməyi bacarmırıq. Ermənilər bizdən fərqli olaraq uydurma əfsanələrlə yalançı tarixlərini yazıb dünyaya sırıyırlar. Amma biz əfsanəyə dönmüş tariximizi yazmaqda acizlik çəkirik”, deyə nazir qeyd edib.

Əbülfəs Qarayev Hacıqabul şəhərinin adı ilə baağlı əfsanənin olmamasına təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, bu şəhərin adının mənası Həccdən qayıdanların ziyarətlərinin qəbulu deməkdir.

"Amma, təəssüf ki, bu şəhərin yaranması haqqında əfsanə yoxdur. Əslində şəhərin adı özü hər şeyi deyir. Ermənilər isə aparıb bir yerdə xaçlarını basdırırlar, sonra da aləmə car çəkirlər ki, 3000 il əvvəl burada ermənilər yaşayıb. Hamı da onlara inanır. Heç kim də araşdırmır ki, yer üzündə 3000 il qabaq erməni adında millət olmayıb”, deyə nazir erməniləri nümunə gətirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar