Dünyanın heç bir yerinde teze ay görünmeyib
09 İyul 2013 Çərşənbə Axşamı 16:10
Qazılar Şurası yaranan suallara aydınlıq gətirib.
Qafqaz Müsəlmanları İdarəsi vətəndaşların Ramazan ayının başlanması tarixi ilə bağlı tərəddüdlərinə bir daha aydınlıq gətirib. İdarənin Qazılar Şurasının sədri Hacı Mirəziz Seyidzadə bununla bağlı sualları cavablandırıb: “Dünyanın heç bir yerində ayın görünməsi müəyyən edilməyib. Ayın doğulması söhbəti var, o da ki, okeanlarda görünə bilərdi. Dünən də ay görünməyib, bu gün üçün isə ayın görünməsinə böyük ehtimal var. Amma gün ayı biz görsək də, görməsək də, vacib niyət ilə sabah orucumuzu tutacağıq. Çünki ay 30 gün tamamlandı və 31 günün olması İslam təqvimində mümkün deyil”.

Şamaxı Astrofizika Rəsədxanasından isə ANS-ə bildiriblər ki, ayın təzələnməsi ötən gün baş verib. Amma adi gözlə yeni ayın görünməsi sabaha gözlənilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar