Dünyada yaşamaq mümkün olmayacaq
04 Oktyabr 2013 Cümə 07:34
NASA dünyanı gözleyen tehlüke barede hesabat hazırlayıb.
Amerikanın kosmik agentliyi NASA qlobal istiləşmənin qarşıdakı 87 il ərzində dünyada yaradacağı təsirləri göstərən simulyasiya hazırlayıb. Videoda qlobal atmosfer istiliyinin dəhşətli dərəcədə çoxalacağı, bunun nəticəsində dünyanın bir çox yerində dəniz səviyyəsinin yüksələcəyi göstərilir.
NASA öz səhifəsində 1870 - 2000-ci illər arasında müqayisə apararaq bu müddətdə dəniz səviyyəsinin hər il təxminən 1.7 mm yüksəldiyini qeyd edib. NASA həmçinin atmosfer hərarətinin çoxalmasının ekosistemə daha çox təsir edəcəyini, bunun bəzi heyvan və bitki növləri üçün mənfi təsirlərinin olacağını qeyd edib.
Qeyd edək ki, istiliyin çoxalması 20-ci əsrin əvvəlindən bəri dünyanın müəyyən bölgələrində bəzi növlərin inkişaf mərhələsinin dəyişməsinə səbəb olub, hər iki yarımkürədə yaz fəsli daha erkən gəlməyə başlayıb.
DOSTLARINLA PAYLAŞ: