Dünya ərzaq ehtiyatları azalacaq
07 İyun 2009 Bazar 21:50
Əkilən torpaqların əsas hissəsinin Afrikada olması onlara sərmayə yatırılmasını çətinləşdirir

 

Dünya ərzaq bazarının ehtiyatları yaxın on ildə azalacaq. Bu barədə Sankt-Peterburqda keçirilmiş taxıl forumunda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının aqrar ərzaq ticarəti marketinqi bölməsinin rəhbəri Ueyn Cons bildirib.
Bununla yanaşı, o deyib ki, bazarda tələb və təklif baxımından elə bir ciddi dəyişklik olmayacaq.

Consun sözlərinə görə, hazırda dünya üzrə 1,4 milyard hektar əkin sahəsi istifadə edilir. Həmin torpaqların böyük hissəsi Afrikada yerləşir və hazırda Afrika dövlətlərində aqrar sənaye kompleksinin sərmayələşdirilməsi üçün çətinliklər mövcuddur.

Rusiyanın kənd təsərrüfatı naziri Yelena Skrınnik isə bildirib ki, son illərdə əsas ixracatçıların dünya taxıl bazarında payı azalıb. Məsələn, dünya buğda ticarətində ABŞ-ın payı 2000-ci ildəki 28%-dən 2009-cu ildə 20%-ə enib. Kanadanın payı 17%-dən 14%-ə, Avstraliyanınkı isə 16%-dən 13%-ə düşüb. Yalnız Avropa Birliyi ölkələri 15%-ə bərabər paylarını saxlaya biliblər. Rusiyanın payı isə bu bazarda 14%-ə bərabərdir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar