Dünya Azərbaycanlılarının Həmrəylik günü
31 Dekabr 2013 Çərşənbə Axşamı 00:16
Dünya Azərbaycanlılarının Həmrəylik günü əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin dağılması zamanı qoyuldu.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Ötən əsrin 89-cu illərinin sonlarında son ayların yaşayan SSRİ-də və Arazın o biri tayında yaşayan azrbaycanlıların öz doğma qardaş bacısına qovuşma istəkləri, birləşmək şüarı azərbaycanlıların bir millət olduğunu bir daha canlandırdı. Beləliklə də Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı.

Araz çayının çiyninə götürdüyü siyasi yük o qədər ağır idi ki, hətta bir Arazın suyu da onu yuyub apara bilməzdi. Amma sel də gələndə birdən gəlir deyirlər. 1988-ci ilin son günlərində biz o seli müşahidə etdik. Buna hətta Azərbaycan üçün xarakterik olmayan sunami də demək olardı. Mən 1989-cu ildə Ordubaddan tutmuş, Şəruradək sərhəd boyu dirəklərin sökülməsini nəzərdə tuturam. Mir Şahinin təbirincə desək, adi quş tüfənginə malik olmayan dövlətin vətəndaşları nüvə dövlətinə meydan oxudu. Çünki, bu millətin nüvəsində bir vətən sevgisi vardı.

1988-ci ilin dekabrın 31-də Naxçıvandakı sərhəd məftillərinin qırılması dünya azərbaycanlılarının həmrəylik hərəkatına start verdi.

Hərəkat fəalları - sadə Naxçıvan vətəndaşları ilə birlikdə İranla Azərbaycanı ayıran məftilləri sökməyə başladılar. Əvvəllər bu tikanlı məftillərin üstündən quş quşluğuyla uça bilməzdi. Amma indi şərait özü belə diqtə edirdi. Sərhədi qoruyan əsgərlər də, bu işə cavabdehlik daşıyan generallar da əvvəlki deyildilər.

Beləcə, qansız-qadasız sərhədlər söküldü. Naxçıvanda bir qucaq sökülmüş məftil, sonradan gül çələngi kimi Bakıda konfransa toplaşan Milli Azadlıq Hərəkatının liderlərinə hədiyyə edildi. Həmin tarix sonradan İstanbulda təkcə sərhəd hadisələrinin ildönümünü qeyd etmək üçün yox, həm də Dünya Azərbaycan Türkləri Dərnəyinin Birinci Qurultayında dekabrın 31-nin dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd olunmasına dair qərarın verilməsinə əsas oldu.

1991-ci il dekabrın 16-da isə Naxçıvan ali məclisinin sədri Heydər Əliyevin qərarı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi Azərbaycan xalqının milli bayramları sırasına qoşuldu. Əslində çox da ciddi düşünülmüş bir qərar idi. Çünki, 31 dekabr dünyada bütün xalqların həmrəy olduğu bir tarixdir.

Bu gün dünyanın hansı ölkəsində 31 dekabrın mahiyyətini anlamağa çalışanlar və bunun üçün internetdə axtarış verənlər nəticədə həm də Azərbaycanı tapacaqlar. Bu, doğmalarını əsrlərdən sonra tapmaq qədər sevindirici bir hissdir. Ona görə də, sağ olun deyirəm. Bu günü bizə qaytardığınız, bu hissi bizə doya-doya yaşatdığınız üçün.


DOSTLARINLA PAYLAŞ:

oyunlar