Dram dəyərini itirdi
12 İyul 2010 Bazar Ertəsi 10:55
Ermənistanda ciddi narahatçılıq yaranıb.
Ermənistan milli valyutası dramın son günlərdə kəskin şəkildə qiymətdən düşərək dəyərini itirməsi bu ölkədə əhalinin ciddi narahatlığına səbəb olub. Bu baxımdan banklardan kredit alan ermənilər drama deyil, Amerika dollarına üstünlük verirlər.
İyun ayında dollarla verilən kreditlərə tələbat kəsin artıb. Son bir həftə ərzində isə Ermənistan bankları Amerika dolları ilə 65.2 milyon dollar kredit verdiyi halda, dramla verilən kreditlərin həcmi 47 milyon dollardan az olub.
Erməni Milli Konqresi bəyan edib ki, Mərkəzi Bankın son 3-4 ayda dramın kursunu sabit saxlamaq üçün ölkənin valyuta ehtiyatlarından dövriyyəyə buraxdığı 800 milyon dollara yaxın vəsait oliqarxların cibinə gedib, nəticədə bu vəsaitlərin iqtisadiyyata heç bir təsiri olmayıb.
Qeyd edək ki, Ermənistanda milli valyutanın dəyərini itirməsi ötən il bu ölkənin Mərkəzi Bankının valyuta bazarına müdaxiləni dayandırmasından sonra başlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: