Ümumdünya Səhiyyə Təşkilatı bəzi ölkələrin hökumətləri və ət sahəsi nümayəndələrinin təkidləri əsasında qripin yeni növünün «donuz qripi» adlandırmamaq və onu virusun texniki adı ilə «A qripi (H1NY)» adlandırmaq barədə qərar qəbul edib». Təşkilatın bəyanatında deyilir ki, bu gündən virus yeni adı ilə tanınacaq.
Qeyd edək ki, bir müddət əvvəl ət və ət məhsulları istehsalçıları, eləcə də bəzi ölklərin və Avropa Birliyinin təmsilçiləri xəstəliyin adını dəyişdirməyə çağırmışdı. Onların fikrincə, «donuz qripi» adı insanları yanıldır və xəstəliyə yoluxmaqdan qorxduqlarından donuz ətindən imtina edirlər. Ekspertlərin fikrincə, nəticədə donuzçuluq sahəsi maliyyə itkiləri ilə üzləşə bilər. /ANS PRESS/