Donuz qripi sürətlə yayılır
03 May 2009 Bazar 15:50
Araşdırmalar nəticəsində virusun donuzdan insana deyil, əksinə virusa yoluxmuş şəxsdən donuza keçə biləcəyi bəlli olub

Ümumdünya Səhiyyə Təşkilatı "A-H1N1"(donuz qripi) virusu haqqında yeni bəyənat yayıb. ÜST-nın Qlobal Həyəcan və Hazırlıq İdarəsinin rəisi Maykl Rayan rəsmən bəyan edib ki,15 ölkədə 615 nəfər "A-H1N1" virusuna yoluxub. Mayın 1-dən sonra isə Meksikada yeni 241 nəfərin virusa yoluxduğu və 7 nəfərin öldüyü rəsmi olaraq qeydə alınıb. Araşdırmalar nəticəsində virusun donuzdan insana deyil, əksinə virusa yoluxmuş şəxsdən donuza keçə biləcəyi bəlli olub. Kanada Ərzaq Nəzarət Agentliyinin nümayəndəsi Brian Evans bir neçə gün öncə Meksikadan qayıdan kanadalı fermerin işlədiyi fermadakı 200-dən artıq donuza bu virusu keçirdiyini deyib.
Qeyd edək ki, Kanadada 85 nəfərdə artıq "A-H1N1" virusu aşkarlanıb. ÜST-nın məlumatına görə, virusun yayıldığı ölkələrin sayı 18-ə çatıb. Son olaraq isə bu siyahıya Kostarika və İrlandiya daxil olub. Meksikadan sonra xəstəliyin ən çox vüsət aldığı ölkə isə ABŞ-dır. Təkcə Nyu-Yorkda xəstəliyə tutlanların sayı 50-dən artıqdır.
Epidemiyanın sürətlənməsi nəticəsində mütəxəssislər yaxın günlərdə xəstəliynin təhlükə səviyyəsinin sonuncu-altıncı fazaya yüksəldə bilərlər. Təşkilat artıq 72 ölkəyə 2.5 milyon tamiflu peyvəndi paylayıb. Qurum rəsmilərinin sözlərinə görə, əgər epidemiya daha təhlükəli vəziyyət alarsa, o zaman digər ehtiyatlardan istifadə ediləcək./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar