Dollardan Asiya valyutasına sert zerbe
23 Avqust 2013 Cümə 17:10
Hind rupisi 1993-cü ilden bu güne en pis heftesini keçirir.
Federal ehtiyat sisteminin (FES) təhvil almaları azaltması xəbəri investorlara Asiyadan pullarını geri çəkərək ABŞ-a sərmaye qoymağa stimul verib.
Banklar və Biznes jurnalının xəbərinə görə, investorların Asiya birjalarından ABŞ-a üz tutması şərq pullarına, əsas da İndoneziya rupisi və Hindistan rupisinə zərbə olub. Bunun nəticəsində hind rupisi 1993-cü ildən bu günə ən pis həftəsinin keçirir. İndoneziya rupisi 2008 – ci ildən bu yana ən sərt düşüşünü nümayiş edib. Taylandın ikinci rübdə resesiyaya girməsi və Malaziyanın cari hesabının (tədiyyə balansının cari hesabı) müsbət saldosunun 70% daralması baht və ringgitin 2010-dan buyana ən aşağı səviyyəyə geriləməsinə səbəb olub.
Fondların inkişaf edən birjalardan çıxaraq bölgə pullarına təzyiq göstərdiyini deyən FPG Securities Co. - nun CEO- su ve forex strateqi Koji Fukaya, ABŞ iqtisadiyyatının “özünə gəlməsinin” asiya pullarına mənfi təsir göstərdiyini qeyd edib.
İndoneziya rupisi bu həftə dollar qarşısında 4,2% qiymətdən düşərək 10,840 – a, Hind rupisi 4,3% geriləyərək 64,4525 - ə, Tayland bahtı 2,1% zəyifləyərək 31,95 - ə, ringgit isə 0,9% itki ilə 3,3065 - ə düşdü. Ümumilikdə isə Yen xaric Asiyadakı ən aktiv 10 pul vahidi dollar qarşısında geriləyib. Bunun da təsiri ilə xarici investorlar Tayland, İndoneziya və Tayvanda həftənin ilk 4 günündə 1,5 milyard dollardan çox varlıqlarını satıb.
DOSTLARINLA PAYLAŞ: