Dollar simasını dəyişir
20 Aprel 2010 Çərşənbə Axşamı 14:55
Sabahdan dövriyyəyə dövriyyəyə yeni 100 dollarlıq əskinaslar buraxılacaq.
Sabahdan ABŞ-da dövriyyəyə yeni 100 dollarlıq əskinaslar buraxılacaq. Yeni dollarlar indiki əskinaslardan fərqli olacaq.

Amerika mətbuatının məlumatına görə, əskinasların dəyişdirilməsində məqsəd saxta dollar istehsalının qarşısını almaqdır. Məhz bu səbəbdən də müvafiq qurumlar hələlik yeni əskinasların “sirrlərini” açmır. Bir müddət köhnə əskinaslar da yeniləri ilə birlikdə dövriyyədə qalacaq.

Qeyd edək ki, 1862-ci ildən dövriyyədə olan 100 dollarlıq əskinaslar indiyədək simasını təxminən 10 dəfə dəyişib. Son dəfə bu, 1996-cı ildə baş verib. Dünyada ABŞ dollarının dörddə üçündən artığı Birləşmiş Ştatlardan kənarda dövriyyədədir. Onun ən çox saxtalaşdırılan pul olması da bununla əlaqələndirilir. O da məlumdur ki, bir müddətdən sonra 200 dollarlıq əskinasların dövriyyəyə buraxılması nəzərdə tutulub. Hazırda dövriyyədə olan dollarlardan isə “yüzlük”dən bir qədər sonra 50 və 20, daha sonra 10 və 5 dollarlıq əskinaslar yeni simada peyda olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar