Din süni mayalanmanı qadağan edir
09 Oktyabr 2010 Şənbə 23:45
Dünyəvi dinlərdə bu üsul birmənalı qarşılanmır.
Bu həftə Nobel mükafatı alanlar sırasında süni mayalanmanı ixtira edən 84 yaşlı britaniyalı alim Robert Edvards da var. Onun kəşfi 32 il əvvəl sonsuzluqdan əziyyət çəkən dünyanın bir çox ailələrinə ümid işığı verdi. İndi dünyada artıq 3 milyona yaxın uşağın bu yolla dünyaya gəldiyi bildirilir. Azərbaycan da süni mayalanmanın tətbiq olunduğu ölkələrdən biridir. Qeyri-rəsmi statistikaya görə, 2004-cü ildən ölkəmizdə bu yolla artıq minə yaxın uşaq dünyaya gəlib. Amma müasir elmin bu nailiyyəti cəmiyyətdə heç də birmənalı qarşılanmır. Əhali arasında süni mayalanmanın milli-mənəvi dəyərlərə zidd olduğu bildirilir. Bəs görəsən, dünyəvi dinlərin buna münasibəti necədir ?

Məsələyə münasibət bildirən Bakıdakı katolik kilsəsinin rahibi Vladimir Fekete kilsənin niyə bu metodun tətbiqinə qarşı çıxdığına aydınlıq gətirib. Onun sözlərinə görə, bunun birinci səbəbi bu metodun insan embriomları ilə genetik monipulyasiyalara yol açmasıdır. Məsələn, insanla heyvanın hüceyrəsinin qarışdırılması, ikincisi isə bu əxlaq normalarına ziddir. Belə ki, bu zaman uşağın təbii doğuşu, qadın- kişi əlaqələri pozulur. Üçüncü səbəb kimi isə məlumdur ki, bu metod zamanı bir neçə embrion əmələ gəlir, seleksiya aparılır və embriomlar arasında bir və ya ən yaxşı halda ikisi seçilir, digərləri isə məhv edilir. Məhz buna görə kilsə bu metodu əxlaqsız adlandırır.


Cümə məscidinin axundu Hacı Surxay isə süni mayalanmanı orta dövrün, müasir dövrün alimlərinin nəzəriyyələrinin, eləcə də din alimlərinin bunu haram bildiyini deyib: “Bu qətiyyətlə, bir mənalı şəkildə pislənir. Yalnız üçüncü adamın iştirakı etməməsi ilə müstəsna hal kimi qeyd olunur”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar