Diaspora komitesinin emekdaşları Moskvaya ezam olunublar
22 Oktyabr 2013 Çərşənbə Axşamı 23:16
Rusiyada qetlde şübheli bilinerek 2 aylıq hebs olunan Orxan Zeynalovun azadlığa buraxılması ile bağlı iddia qaldırılıb.
Bir neçə gün əvvəl adı Rusiyada törədilən bir cinayət hadisəsində hallanan həmyerlimiz Orxan Zeynalovun hüquqlarının qorunması üçün diaspora komitəsinin əməkdaşları Moskvaya ezam olunublar.

Rusiyada 25 yaşlı rus gəncin qətlində şübhəli bilinərək 2 aylıq həbs olunan Orxan Zeynalovun azadlığa buraxılması ilə bağlı iddia qaldırılıb. Məhkəməyə təqdim olunan iddiada şübhəli şəxsin saxlanması üçün kifayət qədər hüquqi əsasların olmadığı səbəb gətirilib.

Məsələ ilə bağlı Rusiyadan qayıdan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Rizvan Əliyev bildirib ki, 7 gündür ki, təcridxanada saxlanan Orxan Zeynalovun hələ də nə yaxınları, nə rəsmilər, nə də vəkili ilə görüşünə icazə verilməməsinə diqqət çəkir. Cinayətin detallarından isə söhbət belə getmir.

Maraqlıdır ki, qətlin yeganə şahidi olan Aksana da mediaya verdiyi müsahiblərində hadisənin təfərrüatlarından bir kəlmə belə söz açmır. Orxan Zeynalovun saxlanmasından 4 gün sonra kameralar qarşısına çıxan mərhumun valideynlərinin çıxışları isə Orxanın qanunun tələbinə uyğun cəzalandırması tələbi ilə məhdudlaşır.

Hadisədən 12 gün keçsə də, meyitin tibbi ekspertizasının nəticələri, o cümlədən, cinayətdə işlədilən bıçaq haqda hələ də bir məlumat verilmir. Mərhumun Moskva ətrafında basdırıldığı deyilsə də, bu günə qədər onun məzarı Rusiya kütləvi informasiya vasitələrində işıqlandırılmayıb.

“Hüquq müdafiəçiləri hər biri bu hadisənin bu formada baş verməsini pisləyirlər. Cani olsa belə, insana qarşı belə davranmaq olmaz. Çünki caninin də öz hüquqları var. Digər tərəfdən sadə insanlar isə deyirlər ki, bizim şikayətimiz sadəcə yaşayış ərazisində olan bazardandır. Hansısa millətdən deyil. Elə bilirik ki, bu həftənin sonuna qədər bu məsələlərə aydınlıq gətiriləcək”,deyə R.Əliyev bildirib.

Orxan Zeynalov ətrafında baş verən hadisələrlə bağlı Azərbaycan hökuməti 7 gün ərzində Rusiyaya 2 dəfə nota verib. Saxlanılan Orxan Zeynalova konsulluq dəstəyinin erməsi tələbi ilə verilən ilk notaya rəsmi Moskva dərhal cavab versə də, oktyabrın 19-u saxlanılan şəxslə görüşün təşkil olunmasına şərait yaradılması ilə bağlı verilən nota bu günə qədər cavabsız qalıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar