Gündəm

Deputatlarımız Türkiyədədirlər

Məqsəd Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması layihəsi üzrə qardaş ölkənin təcrübəsinin öyrənilməsidir

· Xəbərçi
Deputatlarımız Türkiyədədirlər
Milli Məclisin deputatları Türkiyəyə səfər ediblər. Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev və deputat Məlahət İbrahimqızının səfəri sentyabrın 6-dək davam edəcək.
Parlamentdən verilən məlumata görə, səfər ACQUİRE Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması layihəsi üzrə qardaş ölkənin çoxillik təcrübəsinin öyrənilməsi məqsədi daşıyır.
Deputatlarımız Türkiyə Böyük Millət Məclisinin deputatları ilə görüşəcək, Səhiyyə Nazirliyində, Ankara və İstanbulun ən iri müalicə ocaqlarında, reproduktiv sağlamlıq mərkəzlərində olacaq, bu sahədəki qanunvericilik və yeniliklərlə tanış olacaqlar.

Şərhlər