Dənizdə batmış gəmilər aşkar edildi
09 Mart 2010 Çərşənbə Axşamı 16:45
“Cənub axını” boru kəmərinin çəkilişinə hazırlıq zamanı 12 tarixi gəmi tapılıb
“Cənub axını” qaz kəmərinin tikintisinə hazırlıq çərçivəsində Baltik dənizində aparılan tədqiqatlar zamanı ən azı 12 batmış gəmi aşkar olunub. Həmin gəmilərin əsasən XVII-XVIII əsrlərə aid olduğu güman edilsə də, bəzilərinin daha qədim olması ehtimal olunub. Aşkar olunmuş gəmilərdən 3-nün gövdəsinin çürümədiyi bildirilir.
Tapıntılar İsveçin Qotland adalarının cənubunda aşkar edilib. Bura İsveçin ərazi sularına daxil olmasa da, iqtisadi zonasıa aiddir. Gəmilərdən heç birinin boru kəməri üçün təklif olunan marşrut üzərində yerləşmədiyi bildirilsə də, bəzi ekspertlər kəmərin çəkilişi zamanı qiymətli tapıntılara zərər dəyə biləcəyindən ehtiyatlandıqlarını bildirirlər. Təqribən 100 metr dərinlikdə yerləşən gəmilərin qaldırılması barədə isə hələlik heç bir məsələ qaldırılmayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: