Davudoğlu Klintona zəng edib
11 Fevral 2011 Cümə 01:50
Yarım saat davam edən dialoqda tərəflər Misir, Tunis və İraqdakı son vəziyyəti müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ dövlət katibi Hillari Klintona zəng edib. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, bu barədə məlumatı İraq parlamentinin spikeri Üsamə əl Neceyfi ilə ötən axşam ziyafətdə görüşən Əhməd Davudoğlu verib. Məlumata görə, baş diplomatlar regional məsələlər üzərində fikir mübadiləsi aparıb, yarım saat davam edən dialoqda tərəflər Misir, Tunis və İraqdakı son vəziyyəti müzakirə ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar