Davudoğlu: "İsrail üzr istəməlidir!"
01 İyun 2010 Çərşənbə Axşamı 11:50
Türkiyənin XİN rəhbəri Davudoğlu BMT-nin fövqəladə iclasında çıxış edib.
BMT Təhlükəsizlik Şurası Türkiyə tərəfinin tələbi ilə İsrailin Qəzzaya yardım aparan gəmilərə hücum etməsinin ardından təcili olaraq toplantı keçirib. İclasda iştirak elən Fələstin və ərəb dövlətlərinin rəsmiləri insidentin mühakiməsini və müstəqil təhqiqatın aparılmasını tələb ediblər.
Toplantıda çıxış edən Türkiyənin xarici işlər aziri Əhməd Davudoğlu bu hücumu dünya sularında quldurluq və dövlət tərəfindən həyata keçirilən cinayət adlandırıb. O, Şuradan İsrailin dərhal üzr istəməsini, təcili dindirmələrin başlanmasını, Qəzzanın mühasirəsinin aradan qaldırılmasını tələb etməyə çağırıb.
“İsrail öz hərəkətlərinin cavabını almağa hazır olmalıdır. Türkiyə İsrail dövləti və xalqını gələcəkdə bu cür addımlar atmaqdan çəkinməyə çağırır. Türkiyə istəyir ki, bu hadisə Təhlükəsizlik Şurası tərəfindən bəyənilməsin. Günahkarlar isə öz cəzalarını alsın. İsrail bütün dünya ictimaiyyəti və həlak olanların ailələri qarşısında üzr istəməlidir”, - deyə Davudoğlu bildirib.
O, həmçinin bu qəbul edilməz hərəkətin araşdırılmasını və gəmilərin dərhal sərbəst buraxılmasını tələb edib. Türkiyə rəsmisi regitörətdonda sülh və sabitliyin təhlükə altında olduğunu bildirib və əlavə edib ki, İsrail törətdiyi cinayətə görə hesab vermək məcburiyyətindədir.
“Bu hücumun səbəbkarları cəzalandırılmalıdır. İsrail xalqı da bu hərəkətin səhv olduğunu İsrail hökumətinə göstərməlidir. Artıq terrorçularla dövlət arasındakı xətt aradan qalxdı”, - deyə Davudoğlu qeyd edib.
Türkiyənin xarici işlər naziri İsrailin Qəzzaya yardım aparan gəmilərə hücum etməsinin son dərəcə kədərli və faciəvi bir hadisə olduğunu, İsrailin BMT-nin qurulmasının ardından mövcud olan bütün dəyərləri tamamilə saymayan son dərəcə ciddi bir cinayət törətdiyini ifadə edib. İsrailin hərəkətinin quldurluq olduğunu ifadə edən Davudoğlu, bunun “dövlət tərəfindən işlənmiş bir cinayət olduğunu” söyləyib.
Davudoğlu, bu vəziyyətə bir səbəb göstərilə bilməyəcəyini, bunun heç bir səbəbi, qanuniliyi ola bilməyəcəyini ifadə edib. "Bu cür bir kursu olan dövlət, beynəlxalq cəmiyyətdə hökumətini itirib", deyə Türkiyənin XİN rəhbəri əlavə edib.
Gəmilərdə 32 ölkənin təxminən 600 vətəndaşının olduğuna diqqəti çəkən Davudoğlu, İsrailin beynəlxalq hüququ heç sayaraq, Qəzzada başda uşaqlar olmaqla çətin şərtlərdə, mühasirə altında yaşayan insanlara humanitar yardım daşıyan gəmiyə hücum etdiyini bildirib. Davudoğlu bu yadımlar arasında uşaqlar üçün oyuncaqlar, təhsil vəsaitləri, süd tozu, tibbi vəsaitlər olduğunu bildirərək Qazzada uşaqların nə qalacaq yerləri olduğunu, nə təhsil ala bildiklərini, nə də ki, gələcəklərinin olduğunu söylədi.
Gəmilərin İsrailə bir hədə olmadığını ifadə edən Davudoğlu, "İsrailin əli qana bulaşıb" deyə bəyan edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: