Gündəm

Daşnaklardan daha bir sərsəm ideya

Onlar parlamentə Ermənistan-"DQR" hərbi-siyasi blokunun yaradılması haqda qanun layihəsini təqdim edib.

· Xəbərçi
Daşnaklardan daha bir sərsəm ideya
Ermənistanın "Daşnaksütyun" partiyası ölkə parlamentinə Ermənistan-"DQR" hərbi-siyasi blokunun yaradılması haqda qanun layihəsini təqdim edib. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata əsasən, bu haqda fraksiyanın rəhbəri Vaan Ovannisyan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu qanun layihəsinin qəbulu separatçı rejimin beynəlxalq səviyyədə tanınmasına yardım edə bilər. Lakin Ermənistanın qanunverici orqanı hələlik məsələ ilə bağlı heç bir qərar qəbul etməyib.

Qeyd edək ki, müvafiq qanun layihəsi Ermənistan parlamentinin “İrs” fraksiyasının “Dağlıq Qarabağ Respublikası”nın tanınmasını nəzərdə tutan qanun layihəsinə alternativ hesab edilir. ANSPRESS



Şərhlər