Dağlıq Qarabağ boşaldılır
11 Avqust 2010 Çərşənbə 22:45
Son aylarda buradan köçən ermənilərin sayı iki dəfə artıb.
Azərbaycan cəmiyyətinin böyük hissəsi hərbi əməliyyatların başlanmasını dəstəkləyir. Bunu Ermənistan parlamentinin “İrs” Partiyasından olan deputatı Vardan Xaçatryan İrəvanda keçirilən mətbuat konfransında deyib. Ermənistanın mümkün müharibəyə hazır olduğunu bildirəm Xaçatryan əlavə edib ki, erməni tərəfinin yeganə narahatlığı Bakının qəflətən hücumu ilə bağlı ola bilər. “Azərbaycan tərəfdən qəflətən atəş zamanı Stepanakert (Xankəndi-red.) əhalisi arasında böyük itki ola bilər”, - deyə o vurğulayıb.
Hər halda Xaçatryanın bu fikri erməni cəmiyyətinin əhval-ruhiyyəsini əks etdirir və Dağlıq Qarabağdan əhalinin çıxması barədə qeyri-rəsmi məlumatları təsdiqləyir. Şimali Qafqazdakı mənbələrdən “Turan”a məlum olub ki, son aylar Dağlıq Qarabağdan köçən ermənilərin sayı iki dəfə artıb. Bu proses Qarabağda mənzillərin qiymətinin enməsinə və iqtisadi göstəricilərə ciddi təsir edib. Yerli hakimiyyətin əhalinn getməsinin qarşısını almaq üçün səyləri isə nəticə vermir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: