Dağlıq Qarabağ Azerbaycanın terkib hissesidir
13 Avqust 2013 Çərşənbə Axşamı 01:28
ATƏT-in Minsk qrupunda Fransanın hemsedrliyini Avropa İttifaqına vermek olardı.
Hakim Xristian Demokratlar İttifaqı Partiyasından Almaniya parlamentinin deputatı Tankret Şipanski Almaniyada Azərbaycan tələbələri şəbəkəsinin (ASN) Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danışıqlar prosesi barədə suallarına cavab verib.

Şipanski BMT Təhlükəsizlik Şurasının erməni silahlı dəstələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin AFR tərəfindən dəstəklənməsi məsələsini şərh edərək bu qətnamələri dəstəklədiklərini deyib: “Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri dəstəkləyirik və həmin qətnamələrin yerinə yetirilməsi üçün ümumavropa səviyyəsində səy göstəririk. Dağlıq Qarabağ Beynəlxalq hüquq normaları baxımından Azərbaycan Respublikasının tərkib hissəsidir”.

Almaniyalı deputat daha sonra qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və bu ölkədə 1 milyon qaçqın və məcburi köçkün olması məsələləri bir-biri ilə ayrılmaz şəkildə bağlıdır. “Qaçqınların məşəqqətlərinə mümkün qədər tezliklə son qoyulması və onların doğma yurdlarına təhlükəsiz qayıtmasının təmin edilməsi üçün Almaniya bu münaqişənin dinc yolla tənzimlənməsi prosesi ilə həm ATƏT-in Minsk qrupunun üzvü kimi, həm də Avropa səviyyəsində məşğul olur”.

Azərbaycanın 2004-cü ildən “Avropa qonşuluq siyasəti” proqramının üzvü olmasını xatırladan deputat Almaniyanın bu regionda sülhə və sabitliyə nail olmaq məsələsinə xüsusi əhəmiyyət verməsini vurğulayıb. Şipanskinin sözlərinə görə, Almaniya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və tezliklə həll edilməsi üçün bundan sonra da fəal iş aparacaq.

Bundestaqın üzvü bu münaqişədə ümumavropa səviyyəsində vasitəçiliyin perspektivləri məsələsinə toxunaraq, “Danışıqlar prosesində Avropa İttifaqının vahid xətti olması üçün ATƏT-in Minsk qrupunda Fransanın həmsədrliyini Avropa İttifaqına vermək olardı” - deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar