Dağıstanda Azərbaycan gəmisi həbs olunub
09 Sentyabr 2010 Cümə Axşamı 13:15
Gəmidən 3000 kq. nərə balığı aşkar edilib.
Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat nəticəsində Azərbaycan bayrağı altında üzən “PTS” tipli “Tayfun” gəmisi saxlanılıb. Yerli “RİA-Dağıstan” agentliyinin məlumatına görə, sentyabrın 7-də saxlanılan gəminin göyərtəsində Azərbaycan vətəndaşlarından ibarət 10 nəfərlik komanda olub.

Gəminin göyərtəsinə baxış zamanı 3000 kq. nərə balığı və 300 kq.-dan artıq qanunsuz ovlanmış kilkə, həmçinin böyük miqdarda balıqçı toru və ləvazimatları aşkarlanıb.

Faktla bağlı təhqiqat aparılır. Yekun nəticədə balıqlar qanuna müvafiq olaraq məhv ediləcək.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar