CNN Azərbaycandakı prezident seçkilərinən yazdı
10 Oktyabr 2013 Cümə Axşamı 02:30
Material telekanalın saytında yerləşdirilib.
CNN telekanalı öz saytında Azərbaycanda prezident seçkiləri barəsində material dərc edib. “Azərbaycanda seçkilər və prezident ... olacaq” sərlövhəli məqalədə CNN xəbər verir ki, Bakıda seçki məntəqələri artıq bağlanmışdır və bir neçə saatdan sonra səsvermənin nəticələri elan ediləcək. Lakin heç kimdə şübhə yoxdur ki, məhz hazırkı Prezident İlham Əliyev qalib gələcək.
Səs verdikdən sonra seçki məntəqəsini tərk edən seçicilər arasında aparılmış sorğuya görə, İlham Əliyev artıq səslərin 84 faizini yığmışdır. Prezidentin əsas opponenti - tarixçi Cəmil Həsənli isə 8 faiz səs toplamışdır. Müəllif yazır ki, belə nəticə təəccüb doğurmamalıdır, çünki yetmiş illik sovet hakimiyyətinin xarabalıqlarından müasir, dünyəvi və demokratik dövlət qurmaq elə də asan deyildir. Hazırkı Prezidentin populyarlığı da məhz buna əsaslanır.
Azərbaycana səfər etmiş adamlar bilirlər ki, Azərbaycan tolerant, yarıetnik və çoxkonfessiyalı dövlətdir. Böyük iqtisadi potensiala malik olan bu ölkə Avropa və Asiya arasında birləşdirici halqadır.
Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik üzrə Hesabatına əsasən hazırda Azərbaycan iqtisadi inkişafın artımına görə 148 ölkə arasında 39-cu yeri tutur. Yoxsulluğun səviyyəsi 2001-ci ildəki 50 faizdən 2013-cü ildə 6 faizə enmişdir.
DOSTLARINLA PAYLAŞ: