Bu ittihamla Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova çıxış edib. M.Əzizova "OLAYLAR"a bildirib ki, çinlilərin fahişəlik xidməti göstərməsilə bağlı mərkəzə məlumatlar daxil olur: "Miqrantların içərisində insan alverinin qurbanlarının da olduğu ehtimal edilir. Çinlilər də Azərbaycandan tranzit ölkə kimi istifadə edə bilərlər". Mərkəz rəhbəri Çində yayılmış xəstəliklərin miqrantlar vasitəsilə müxtəlif ölkələrdə yayılmasına da toxunub: "2007-ci ildə Çində xəstəliklərdən ölüm səviyyəsinə görə vərəm birinci yerdə olub. Ötən ildə isə AİDS virusundan ölənlərin sayı üstün olub. Miqrantların bu xəstəlikləri Azərbaycanda da yayması təhlükəsi var. Buna görə də əhali ehtiyatlı olmalıdır".
Olaylar




Şərhlər