20 il evvel işğal olunan Cebrayıl rayonu fotoları İran erazisinden çekilib.
Oxucumuz Günel İsgəndərova Cəbrayıl rayonunun son görüntülərini göndərib. Oxucunun yazdığına görə, fotolar İran ərazisindən çəkilib.
Qeyd edək ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də işğal olunub. Cəbrayılda respublika və rayon əhəmiyyətli tarixi memarlıq abidələr, qiymətli meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib. Sahəsi 104980 hektar olan Cəbrayıl rayonunun işğalı nəticəsində Azərbaycan iqtisadiyyatına dəyən ziyan 3 milyard dollardan çoxdur. Mütəxəssislərin fikrincə, rayon işğal olunmasaydı, indi hər il Azərbaycan iqtisadiyyatına milyonlarla manat xeyir verərdi.