ANS PRESSS-in məlumatına görə, öldürülən hərbi qulluqçu baş leytenat imiş. İlkin məlumata görə, erməni zabit Vanadzorda yaşayırmış.
Zabit orduya Ermənistanın Dilijan hərbi komissarlığından çağırılıb.O, 2007-ci ildən hərbi xidmətdədir.
Bildirilib ki, gün ərzində fakt üzrə cinayət işi qaldırılacaq.
Xatırladaq ki, bir qədər əvvəl də Ermənistan Ordusunun N saylı hərbi hissəsində ölüm hadisəsi baş vermişdi. 1990-cı il təvəllüdlü Akobyan Mqer Ovannesoviç güllə yarasından ölüb.
Ermənistan tərəfi hadisənin baş vermə səbəblərinin araşdırılması üçün təhqiqat aparıb. Təhqiqatdan sonra Akobyanın əsgər yoldaşı tərəfindən öldürüldüyü müəyyənləşdirilmişdi.
Cəbhədə öldürülən erməni baş leytenant imiş
Azərbaycan torpaqlarında öldürülən erməni hərbçinin rütbəsinə aydınlıq gəlib.




Şərhlər