Cəbhədə gecə gərgin keçib
14 Oktyabr 2014 Çərşənbə Axşamı 09:51
Cəbhə xəttində atəşkəs yenidən pozulub. Sutka ərzində atəşkəs rejimi ümumilikdə 21 dəfə pozulub.

Cəbhə xəttində atəşkəs yenidən pozulub

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 21 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şıxlar, Şuraabad, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar