Casuslara bir həftə vaxt
10 Mart 2010 Çərşənbə 20:30
Dubay polisi casuslara xəbərdarlıq edib
Fars körfəzi ölkələrində, xüsusilə də BƏƏ-də olan casuslara regionu tərk etmək üçün 1 həftə möhlət verilib. Bu barədə Dubay polisinin rəisi Dahi Xəlfan Tamim xəbərdarlıq edib.
“Gulf News” qəzetinin yazdığına görə, polisin bu cür bəyanatla çıxış etməsi, qanun keşikçilərinin Dubay və fars körfəzi ölkələrində fəaliyyət göstərən casuslarla bağlı kifayət qədər məlumatlı olmaları ilə izah edilə bilər.
“Biz hər gün saxta pasportlar aşkar edirik. Əgər bu bir həftə ərzində casusluqla məşğul olan şəxslər ölkəni tərk etməsə, onlar üçün bu qapı bağlı olacaq”,-deyə Dubay polis rəisi bildirib.
Xatırladaq ki, yanvarın 19-da HƏMAS liderlərindən olan Mahmud əl-Mabhuh Dubayda öldürülüb. Onun qətlində isə bir çox Avropa ölkələrin pasportlarını saxtalaşdırmaqla Dubaya gələn İsrail kəşfiyyatçılarının əli olduğu bildirilir. HƏMAS liderinin qətlindən sonra Dubayda təhlükəsizlik tədbirləri gücləndirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: