Budapeştdə Azərbaycan gecəsi keçirilib
09 Noyabr 2011 Çərşənbə 15:32
Azərbaycanın Macarıstandakı səfirliyi Macar Coğrafiya Cəmiyyəti və Macar Mühəndislər Cəmiyyəti ilə birlikdə dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə planlaşdırılan tədbirlər silsiləsindən Budapeştdə “Azərbaycan gecəsi” keçirib.
Səfirlikdən APA-ya verilən xəbərə görə, tədbirdə 100 nəfərdən artıq qonaq, o cümlədən hər iki cəmiyyətin üzvləri, tanınmış macar alimləri, Azərbaycan diasporunun nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər.
Səfirliyin müşaviri A. İmanov tədbirin açılışında çıxış edərək Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, coğrafiyası, hazırkı siyasi-sosial durumu, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələri haqqında iştirakçılara ətraflı məlumat verib.
Macar Coğrafiya Cəmiyyətinin üzvü, səyyah, jurnalist və fotoqraf Qoqoş Norbert və macar alimi Borbola Obruşanski Azərbaycan haqqında təqdimatla çıxış ediblər.
Maraqla qarşılanan “Azərbaycan gecəsi” zamanı səfirlik tərəfindən macar dilində nəşr olunmuş Azərbaycan haqqında kitab və bukletlərin sərgisi keçirilib, gecənin iştirakçılarına Azərbaycan mətbəxinin nümunələri təklif olunub.
DOSTLARINLA PAYLAŞ: